Dalğa Gənclər Hərəkatının "Ata məni ərə yox, məktəbə göndər" laihəsi çərçivəsində Emin Milli və bir grup gənc, regionlara gedib, rayon əhlini, 8-9 yaşlı qızları ərə verməkdən əl çəkməyə çağırırdı. Gənclər "Ata məni ərə yox, məktəbə göndər" laihəsi haqda məlumat verirlər. Emin Milli isə, erkən ərə getməyə qarşı necə kampaniya apardığını və Cəsarət kişinin əhvalatını danışır. |